UEFA Azərbaycan klublarına 39 milyon manata yaxın pul köçürüb

UEFA-nın 2024-cü ildə Azərbaycan klublarına ödədiyi vəsaitn məbləği açıqlanıb.
"Mediasport" xəbər verir ki, bu barədə AFFA-nın bu gün keçirilən Hesabat Konfransında bildirilib.
Avropa futbol təşkilatı ümumilikdə 38 milyon 716 min 172 manat ödəyib ki, ən çox məbləğ "Qarabağ"ın payına düşüb.
Ağdam təmsilçisinin qazancı 28 milyon 319 min 296 manat olub.
3 milyon 216 min 762 manatı "Zirə"yə, 2 milyon 561 min 814 manatı "Sabah"a, 1 milyon 419 min 053 manatı "Sumqayıt"a, 878 min 948 manatı "Neftçi"yə, 577 min 585 manatı "Qəbələ"yə, 447 min 668 manatı "Səbail"ə, 426 min 696 manatı "Turan Tovuz"a, 413 min 943 manatı "Şamaxı"ya, 413 min 943 manat "Kəpəz"ə, 40 min 470 manat "Araz-Naxçıvan"a köçürülüb.