AFFA nümayəndəsi Qubada iş başında olmayıb? - FOTOFAKT

AFFA nümayəndəsi Qubada iş başında olmayıb? - FOTOFAKT

AFFA İntizam Komitəsi Azərbaycan çempionatlarında son turlarda qeydə alınmış qayda pozuntularına dair cərimə və cəzaları açıqlayıb.

Hüquqi qərarlar Premyer Liqa, 1-ci Liqa və Əvəzedicilər liqalarını əhatə edib.

Qurumun qərarlarında elitanın yalnız iki oyununda hüquqi qayda pozuntuları barədə cərimələri görmək mümkündür.

Lakin İK bir matçı unudub. Ya da Premyer Liqada 33-cü turun son görüşü olan "İmişli" - "Karvan-Yevlax" duelində AFFA nümayəndəsi iş başında olmayıb.

Əks halda qarşılaşmaya təyinat alan Anar Şıxəliyev 90 dəqiqə ərzində Quba Olimpiya Kompleksi stadionunda elektron tablonun işləmədiyini görər və nöqsan kimi protokola qeyd edərdi.