Ağadadaş Salyanskiyə SƏRT CƏZA

Ağadadaş Salyanskiyə SƏRT CƏZA

AFFA İntizam Komitəsi Əvəzedicilər Liqasında çıxış edən "Neftçi-2"nin futbolçusu Ağadadaş Salyanskini 4 oyunluq cəzalandırıb.

"Mediasport" xəbər verir ki, buna hücumçunun XXXVI turda, "Sabah-2" ilə matçda təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alması səbəb olub.

"Ağ-qaralar"a 300 manat cərimə kəsilib.

"Sabah-2"nin analitiki Cəbrayıl Qəmbərov da 4 oyunluq cəza ilə üzləşib. O, matç zamanı meydana kənar əşya atdığı üçün birbaşa qırmızı vərəqə almışdı. Klub onun hərəkəti ucbatından 350 manat ziyana düşüb.