RƏSMİ: "Araz-Naxçıvan"ın "Zirə" ilə matçının vaxtı dəyişdirildi - SƏBƏB

RƏSMİ: "Araz-Naxçıvan"ın "Zirə" ilə matçının vaxtı dəyişdirildi - SƏBƏB

"Araz-Naxçıvan" Peşəkar Futbol Liqasına müraciət ünvanlayıb.

"Mediasport" xəbər verir ki, müraciətdə Muxtar Respublika təmsilçisi Azərbaycan çempionatının yeni mövsümünün ilk turunun "Zirə" ilə qarşılaşmasının 19 avqusta keçirilməsini xahiş edib.

Səbəb "Araz-Naxçıvan"ın UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsinin "Omoniya" (Kipr) ilə cavab matçından sonra Azərbaycana gec saatlarda qayıtmasıdır.

"Araz-Naxçıvan"ın müraciətini, "Zirə"nin rəsmi razılıq məktubunu nəzərə alaraq Peşəkar Futbol Liqası "Zirə" - "Araz Naxçıvan" görüşünün 19 avqust saat 20:00-da Zirə İdman Kompleksinin stadionunda start götürməsinə qərar verib.