Aleksandr Antipovun xatirəsinə beynəlxalq turnir keçiriləcək

Bakıda Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə Əməkdar məşqçi Aleksandr Antipovun xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçiriləcək.
"Mediasport" xəbər verir ki, turnir Bakı Atletika Mərkəzində qapalı məkanda təşkil olunacaq.
Yarış fevralın 22-23-də baş tutacaq.
Qeyd edək ki, 1977-1982-ci illərdə SSRİ yığmasının heyətində çıxış etmiş yüngül atlet dünya çempionatlarının gümüş və bürünc medalçısı olub.