"Araz-Naxçıvan" UEFA Çempionlar Liqasına qələbə ilə başladı
Futzal üzrə son Azərbaycan çempionu "Araz-Naxçıvan" UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk oyununu keçirib.
"Mediasport" xəbər verir ki, Yevgeni Kukseviçin baş məşqçisi olduğu kollektiv 7-ci qrupda Rumıniyanın "Yunayted Qalati" klubu ilə qarşılaşıb.
Matç təmsilçimizin qələbəsi ilə yekunlaşıb.
Ölkə çempionu bu gün qrupda ikinci matç çərçivəsində Lüksemburqun "Differdanj" kollektivi ilə üz-üzə gələcək.
Son rəqibimiz noyabrın 1-də Niderlandın "Taygers Roermond" komandası olacaq.
UEFA çempionlar Liqası. Əsas mərhələ. 7-ci qrup. 1-ci tur
"Araz-Naxçıvan" (Azərbaycan) - "Yunayted Qalati" (Rumıniya) 2:1
Hakimlər: Aslan Qalayev (Qazaxıstan), Valentin Kiuplea (Uels), İrmantas Kapraşovas (Litva)
Timekiper: Laurentiu Deakonu (Rumıniya)
Hakim-inspektor: Nebojsa Paniç (Serbiya)
UEFA nümayəndəsi: Miodraq Raduloviç (Monteneqro)
19:00Araz-Naxçıvan – Differdanje 03 (Lüksemburq)
Hakimlər: Valentin Kiuplea, Viktor Çaix (Fransa), Aslan Qalayev
Timekiper: Laurentiu Deakonu (Rumıniya)
Hakim-inspektor: Nebojsa Paniç (Serbiya)
UEFA nümayəndəsi: Miodraq Raduloviç (Monteneqro)
Rumıniya, "Sala Sporturilor Dunarea".
