Daha iki cüdoçumuz dünya çempionatında medalsız qaldı

Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə böyüklər arasında dünya çempionatı davam edir.
"Mediasport" xəbər verir ki, ikinci yarış günündə Azərbaycanın iki təmsilçisi mübarizəyə qoşulub.
52 kq çəki dərəcəsində Gültac Məmmədəliyeva və 66 kq-da Ruslan Paşayev tatami üzərinə çıxıblar.
Məmmədəliyeva 1/32 finalda kiprli Sofiya Asvesta, Paşayev isə braziliyalı Ronald Limana məğlub olaraq medalsız qalıb.
Qeyd edək ki, ötən gün Əhməd Yusifov (60 kq), Leyla Əliyeva və Könül Əliyeva (hər ikisi 48 kq) da yarışı mükafatsız başa vurub.
Azərbaycan mundiala 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) ilə yollanıb.
Komandamız daha sonra qarışıq komanda yarışında da mübarizə aparacaq.