Azərbaycan cüdoçuları Avropa Kubokunda 7 medal qazandılar

 Azərbaycan cüdoçuları Avropa Kubokunda 7 medal qazandılar

Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən cüdo üzrə gənclər arasında Avropa Kuboku keçirilib.

"Mediasport" xəbər verir ki, Azərbaycan təmsilçiləri yarışda 7 medal qazanıblar.

Xədicə Qədəşova (-57 kq) və Davud Namazlı (-100 kq) bütün rəqiblərinə qalib gələrək turnirin qalibi olublar.

Nərgiz Əhmədova və Gülgəz Musayeva (hər ikisi -48 kq), Aytən Verdiyeva (-57 kq), Nilgün Rzayeva (-63 kq) və Canpolad Əliyev (-100 kq) isə bürünc medal əldə ediblər.

Beləliklə, Azərbaycan yığması 2 qızıl və 5 bürünc mükafatla 33 ölkənin qatıldığı Avropa Kubokunu komanda hesabında üçüncü pillədə başa vurub.