Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"də bir dəst medal qazandı
Fransanın paytaxtı Parisdə keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turniri yekunlaşıb.
"Mediasport" xəbər verir ki, Azərbaycan millisi yarışı bir dəst medalla başa vurub.
Son olaraq Zelim Tçkayev (81 kq) gümüş mükafat əldə edib.
Daha əvvəl Balabəy Ağayev (60 kq) qızıl, Ruslan Paşayev (66 kq) isə bürünc medal qazanmışdı.
