Xorvatiyada Avropa Kubokunda 14 cüdoçumuz mübarizə aparacaq

Yeniyetmə qızlardan ibarət Azərbaycan cüdoçuları Xorvatiyanın Poreç şəhərində keçiriləcək Avropa Kubokunda iştirak edəcəklər.
"Mediasport" xəbər verir ki, komandamız martın 15-16-da keçiriləcək yarışa baş məşqçi Elnur İsmayılovun rəhbərliyi ilə yollanacaq.
Azərbaycanı turnirdə 5 çəki dərəcəsində 14 qız idmançı təmsil edəcək:
Mədinə Hüseynova (40 kq), Fatimə Abdullayeva, Xədicə Abdullayeva, Gülşən Hüseynova (hamısı 44 kq), Leyla Ələkbərova, Nigar Məmişova, Nərmin Ağamirzadə, Nərgiz Əhmədova (hamısı 48 kq), Gülnaz Məmmədtağıyeva, Aysun Məmmədova, Səmayə Yusifli, Nəzakət Vəliyeva (hamısı 57 kq), Fidan Cəlilli və Mələk Bayramlı (hər ikisi 70 kq).