MDB Oyunları: Azərbaycan medal cədvəlində yenidən 2-ci yerə çıxdı

MDB Oyunları: Azərbaycan medal cədvəlində yenidən 2-ci yerə çıxdı

Azərbaycan III MDB Oyunlarının medal sıralamasında yenidən ikinci pilləyə yüksəlib.

"Mediasport" xəbər verir ki, komandamız medal ehtiyatını artıraraq Belarusu geridə qoyub.

Hazırda Azərbaycanın ehtiyatında 178 medal (33 qızıl, 53 gümüş və 92 bürünc) var.

Rusiya əvvəlki kimi liderdir - 225 medal (124 qızıl, 61 gümüş, 40 bürünc).

Üçüncü pilləyə düşən Belarus 119 medal (32 qızıl, 35 gümüş, 52 bürünc) qazanıb.

Oyunlarda 13 iştirakçı ölkədən 10-nun təmsilçiləri medal əldə ediblər.

Yarışa sabah Gəncədə rəsmi bağlanış mərasimi ilə yekun vurulacaq.