Azərbaycan boksçuları "Adriatik incisi" beynəlxalq turnirinə yollandı
Azərbaycan boksçuları Monteneqronun Budva şəhərində start götürəcək gənclər arasında "Adriatik incisi" beynəlxalq turnirində iştirak edəcəklər.
"Mediasport" xəbər verir ki, ölkəmiz martın 4-də start götürəcək yarışda 9 boksçu ilə təmsil olunacaq.
Komandamızın heyətində məşqçilər Yadigar Məmmədov, Ceyhun Əbiyev və Elvin Məmişzadənin rəhbərliyi altında Aydın Qasımov (55 kq), Əli Baxışov (60 kq), Vüsal Xəlilov (65 kq), Rza Rzayev (70 kq), Renat Qiyaslı (75 kq), İsmayıl Vəliyev (80 kq), Heydər Əzməmmədov (85 kq), Zaur Səmədov (90 kq) və Səfdər Məmmədzadə (+90 kq) mübarizə aparacaq.
8 gün davam edəcək yarışda İlqar Qasımzadə hakimlər sırasında yer alacaq.
