Sabir Zeynalovdan Avropa çempionatında gümüş medal
Almaniyanın Münhen şəhərində parataekvondo üzrə Avropa çempionatı start götürüb.
"Mediasport" xəbər verir ki, qitə birinciliyində Azərbaycanın ilk medalını Sabir Zeynalov qazanıb.
58 kq çəki dərəcəsində yarışan idmançımız K44 kateqoriyasında finala qədər uğurla irəliləyib.
Yalnız həlledici dueldə məğlub olan Olimpiya üçüncüsü gümüş mükafatla kifayətlənib.
