Avropa çempionu: "Qarşıda bizi böyük yarışlar gözləyir"

Avropa çempionu: "Qarşıda bizi böyük yarışlar gözləyir"

"Çox xoşbəxtəm və çempion olduğum üçün qürur hissi keçirirəm".

"Mediasport" xəbər verir ki, bu sözləri Azərbaycan millisinin yeniyetmə cüdoçusu Rəsul Əlizadə deyib.

Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən Avropa çempionatında qızıl medal qazanan gənc idmançı qələbə təəssüratlarını bölüşüb.

55 kq çəki dərəcəsində qitə çempionu olan Rəsul daha böyük uğurların qarşıda olduğunu qeyd edib:

"Bütün rəqiblərimə qalib gələrək qızıl medala yiyələndim. Azərbaycan Bayrağını dalğalandırmaq möhtəşəm duyğudur. Üzərimdə əməyi olan hər kəsə təşəkkür edirəm. Qarşıda bizi böyük yarışlar gözləyir. Bundan da yaxşı nəticələrə ümid edirik".

Qeyd edək ki, Azərbaycan millisi fərdi yarışlarda 3 qızıl, 1 gümüş və 2 bürünc olmaqla ümumilikdə 6 medal qazanıb.