Təmsilçimiz Portuqaliyadakı turnirdə Avropa çempionu oldu

  Təmsilçimiz Portuqaliyadakı turnirdə Avropa çempionu oldu

Azərbaycan kanoeçisi Boqdan Kurudz Portuqaliyada keçirilən Avropa çempionatında birinci olub.

"Mediasport" xəbər verir ki, o "Masters" kateqoriyası üzrə yarışda (35-39 yaş) qızıl medala yiyələnib.

Təmsilçimiz birnəfərlik kanoe qayığında mübarizə aparıb.

Xatırladaq ki, Boqdan 13 iyunda birnəfərlik kanoe qayığında 200 metr məsafəyə yarışda iştirak edəcək.