Fransa klubundan "Gəncə"yə

"Gəncə" Voleybol Klubu növbəti transferini açıqlayıb.
"Mediasport" xəbər verir ki, Gəncənin eyniadlı təmsilçisi Karolina Nova ilə müqavilə imzalayıb.
Çexiyalı voleybolçu ötən mövsümü Fransanın "Quimper Volley" komandasında keçirib.
Oyunçu karyerası ərzində Çex Respublikası və ABŞ klublarında çıxış edib.