Premyer Liqada mövsümün matçına sayılı günlər qaldı - VİDEO
Futbol üzrə Azərbaycan Premyer Liqasında 22-ci tur çempionluğa iddialı “Qarabağ” və “Sabah”ın qarşılaşması ilə əlamətdar olacaq.
"Mediasport" xəbər verir ki, qızıl medalların taleyi baxımından xüsusi əhəmiyyət daşıyan görüş mövsümün matçı kimi də qiymətləndirilir.
Hazırda "Sabah" 52 xalla 1-ci, "Qarabağ" 45 xalla 2-ci pillədə qərarlaşıb.
Ağdam təmsilçisi rəqibi ilə müqayisədə bir oyun az keçirib.
Peşəkar Futbol Liqası mərkəzi görüşlə bağlı maraqlı təqdimat hazırlayıb:
