Yığma komandamızın 7 boksçusu beynəlxalq turnirdə iştirak edəcək

 Yığma komandamızın 7 boksçusu beynəlxalq turnirdə iştirak edəcək

Azərbaycanın 23 yaşadək boksçulardan ibarət millisi Qazaxıstanın Aktau şəhərində keçiriləcək beynəlxalq turnirdə gücünü sınayacaq.

Bu barədə "Mediasport"a Azərbaycan Boks Federasiyasının (ABF) mətbuat xidmətindən məlumat verilib.

Yarış sentyabrın 15-də start götürəcək və 5 gün davam edəcək.

Komandanın məşqçisi Elbrus Rzayev Bilalhəbaşi Nəzərov (50 kq), Zidan Hünbətov (55 kq), Məhəmmədəli Qasımzadə (60 kq), Əli Abdullayev, Ruslan Rüstəmov (hər ikisi 65 kq), Vaqif Hacıyev (70 kq) və Abbasqulu Şadlinskiyə (75 kq) şans verəcək.