Yığmamızın iki üzvü Macarıstan turnirinə qələbə ilə başladı

Macarıstanın Debretsen şəhərində boks üzrə beynəlxalq turnir davam edir.
"Mediasport" xəbər verir ki, Azərbaycanın iki idmançısı yarışa qələbə ilə başlayıb.
60 kq-da mübarizə aparan Məhəmmədəli Qasımzadə 1/4 finalda Lukas Vimislskini (Slovakiya) 5:0 (30:25, 30:26, 30:26, 30:25, 30:25) hesabı ilə məğlub edib.
Yarımfinala yüksəlməklə özü üçün ən azı bürünc medalı təmin edən Qasımzadə final yolunda uelsli Aksel Eqartla qarşılaşacaq.
Əli Abdullayev (65 kq) isə 1/8 finalda macarıstanlı Qabor Şkubiksi (Macarıstan) ilk raundda tam üstünlüklə mübarizədən kənarlaşdırıb.
Abdullayev 1/4 finalda digər macar Gerq Şarazı ilə üz-üzə gələcək.
Turnirə martın 15-də yekun vurulacaq.