Üç ölkə Bakıda keçiriləcək mundial üçün iştirak ərizəsini göndərdi
Afrika ölkələri Bakıda baş tutacaq cüdo üzrə dünya çempionatı üçün iştirak ərizələrini göndəriblər.
"Mediasport" xəbər verir ki, bunlar Anqola (3), Qvineya (5) və Toqo (2) milli komandalarıdır.
Xatırladaq ki, turnir 4-11 oktyabr aralığında Milli Gimnastika Arenasında keçiriləcək.



