Millimiz Avropa Kubokunu 2 qızıl və 5 bürünc medalla başa vurdu

Millimiz Avropa Kubokunu 2 qızıl və 5 bürünc medalla başa vurdu

İstanbulda keçirilən cüdo üzrə Avropa Kuboku yekunlaşıb.

"Mediasport" xəbər verir ki, Azərbaycan yığması yarışı 2 qızıl və 5 bürünc medalla başa vurub.

Son gündə 90 kq çəki dərəcəsində Aslan Kotsoyev keçirdiyi 5 görüşün hamısında qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Mehdi Abbasov (-81 kq), Ramazan Əhmədov (+100 kq) və Xədicə Qədəşova (-52 kq) isə bürünc medal əldə ediblər.

Qeyd edək ki, ilk yarış günündə Nizami İmanov (-66 kq) qızıl, Nihad Məmişov və Fərid Qarayev (hər ikisi -60 kq) bürünc medala sahib olublar.

Millimiz 31 ölkə arasında komanda hesabında 4-cü, kişilər arasında 2-ci yeri tutub.