Azərbaycan Kuboku: "Neftçi"dən rekord, "Qarabağ"dan yubiley

Azərbaycan Kuboku: "Neftçi"dən rekord, "Qarabağ"dan yubiley

Azərbaycan kubokunun 1/4 finalında “Kəpəz”i mübarizədən kənarlaşdıran “Neftçi” tarixində 21-ci dəfə yarımfinala yüksəlib.

"Mediasport" xəbər verir ki, bu, turnirin tarixində mütləq rekorddur. “Ağ-qaralar” həm də ardıcıl 4-cü dəfə finalın bir addımlığında olacaq.

Yarımfinalda iştirak sayında 2-ci olan “Qarabağ” 20-ci dəfə bu mərhələyə yüksəlib.

Ağdam klubu yubiley uğurunu “Səbail”i keçməklə gerçəkləşdirib.

Bölgə təmsilçisi ardıcıl ikinci dəfə yarımfinalda oynayacaq.