"Bakı" Rusiyada "Qələbə Kuboku"nda yarımfinala çıxdı

 "Bakı" Rusiyada "Qələbə Kuboku"nda yarımfinala çıxdı

Rusiyada boks üzrə “Qələbə Kuboku”na start götürüb.

"Mediasport" xəbər verir ki, yarışa “Bakı” adı altında qatılan Azərbaycan millisi turnirə 1/4 final mərhələsindən başlayıb.

Permdə keçirilən “Qələbə Kuboku”nda rəqib “Ural” kollektivi olub. “Bakı” görüşdən 3:2 hesablı qələbə ilə ayrılıb.

4 raunddan ibarət qarşılaşmalarda komandanın heyətində Zaur Qəhrəmanov Mark Urvanovu, Səidcəmşid Cəfərov Xoşbaxt Kuldaşevi, Məhəmməd Abdullayev isə Aleksandr Dorofeyevi məğlub edib.

“Bakı” yarımfinal döyüşünə mayın 29-da çıxacaq. Görüş Saransk şəhərində baş tutacaq.