Azərbaycan millisinin bir üzvü yarımfinalda - Dünya çempionatı

Serbiyanın Novi Sad şəhərində güləş üzrə U-23 dünya çempionatına start götürüb.
"Mediasport" xəbər verir ki, ilk yarış günündə Azərbaycanın 4 yunan-Roma güləşçisi mübarizəyə qoşulub.
Ziya Babaşov (63 kiloqram) yaponiyalı Miruto Tokuhiqaya 7:1, iranlı Mohammad Navidə 3:1 hesabı ilə, rusiyalı Dоrdji Şunqurtsikova isə ilk xal prinsipinə əsasən (1:1) qalib gələrək yarımfinala yüksəlib.
İdmançımız final yolunda türkiyəli Servet Angi ilə qarşılaşacaq.
Davud Məmmədov (77 kiloqram) və Laçın Vəliyev (87 kiloqram) ilk görüşlərində rəqiblərinə məğlub olublar.
Ayxan Mərdanov (130 kiloqram) isə startda çinli Şuanqyu Çenə "tuş"la qalib gələrək 1/4 finala yüksəlsə də, bu mərhələdə rusiyalı Aleksandr Melexova (UWW) 0:9 hesabı ilə uduzub.
Mundiala oktyabrın 27-də yekun vurulacaq.