Azərbaycan atleti beynəlxalq yarışa bürünc medalla başladı

 Azərbaycan atleti beynəlxalq yarışa bürünc medalla başladı

Azərbaycan millisinin atleti Nazim Babayev Qazaxıstanın Almatı şəhərində start götürən XXXIV Qosanov Memorialına uğurla başlayıb.

"Mediasport" xəbər verir ki, idmançımız Dünya Atletikası Kontinental Turun bürünc səviyyəli yarışında bürünc medal qazanıb.

O, 15 ölkəni təmsil edən 150-dən artıq atletin mübarizə apardığı turnirin uzunluğa tullanma növündə 7.48 metr göstərici ilə fəxri kürsüyə yüksəlib.

Babayev sabah üç təkanla tullanma növündə də yarışacaq.