“Şamaxı” əyalət klubunun daha bir üzvü ilə müqavilə bağladı
“Şamaxı” növbəti transferini reallaşdırıb.
"Mediasport" xəbər verir ki, Şirvan təmsilçisi mərkəz müdafiəçisi Emin Rüstəmovla güclənib.
Azərbaycanın U-21 milli komandasının üzvü ilə 2 illik müqavilə bağlanıb.
Rüstəmov 2025/26 mövsümünün ikinci yarısını "Karvan-Yevlax"ın heyətində keçirib.
Bölgə klubu daha əvvəl aranlılardan Uğur Cahangirovu da sıralarına cəlb edib


