Rəşad Sadıqov: "Bəlkə də ofsayd idi, mən bir şey deyə bilmərəm"

Rəşad Sadıqov: "Bəlkə də ofsayd idi, mən bir şey deyə bilmərəm"

"Mediasport" "Zirə"nin baş məşqçisi Rəşad Sadıqovun Azərbaycan Premyer Liqasının 28-ci turunun "Neftçi" ilə oyunundan (1:1) sonra mətbuat konfransında səsləndirdiyi fikirləri təqdim edir:

"Bilirdik ki, maraqlı oyun olacaq. İki layiqli rəqib qarşılaşırdı. Oyun bizim üçün pis başladı. Öz səhvlərimizdən epizodlar verdik.

15-20 dəqiqədən sonra oyunu bərabərləşdirdik. İkinci hissəyə yaxşı başladıq, daha fəal oynadıq.

Yaxşı oynadığımız dəqiqələrdə qol buraxdıq. Məyusedici oldu. Amma ondan sonra komandamın verdiyi reaksiya möhtəşəm idi.

Oyundan sonra "Neftçi"nin oyunçularından üzrxahlıq etdim. Epizodu görmədim. Amma bildirdilər ki, Konate onların ehtiyat skamyasının yanında qolu aşırışəkildə qeyd edib.

"Neftçi" çox yaxşı münasibətlərimiz olan klubdur. Fürsətdən istifadə edib baş verənlərə görə "Neftçi"dən üzr istəyirəm".