"Difai" kritik qələbə ilə sonuncu sıradakı yerini "Şimal"a verdi
Futbol üzrə Azərbaycan 1-ci Liqasında 26-cı tur start götürüb.
"Mediasport" xəbər verir ki, ilk oyun günündə bir matç keçirilib.
"Şimal" və "Difai" komandalarının liqada qalmaq uğrunda kritik duelini ikincilər qazanaraq sona 1 tur qalmış turnir cədvəlində düşmə zonada mövqeyini şimallılara verib.
"Difai"nin qələbə topunu 80-ci dəqiqədə Vensley Ondo vurub.
Tur sabah baş tutacaq 4 matçla yekunlaşacaq.
Xatırladaq ki, çempionatda sonuncu yeri tutan kollektiv 2-ci Liqaya düşəcək. 9-cu pillənin sahibi isə 2-ci Liqanın 2-cisi ilə 1 görüşlük pley-offda qarşılaşacaq.
Azərbaycan 1-ci Liqası. 26-cı tur
"Şimal" - "Difai" 0:1
Hakimlər: Rauf Cabarov, Rasim Axundov, Zakir Şükürzadə, Ruslan Quliyev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Törə Əhmədova
Şamaxı OİK stadionu.
