Bu gün 4 güləşçimiz DÇ-də medallar uğrunda yarışacaq
Bakıda güləş üzrə U-17 dünya çempionatı davam edir.
"Mediasport" xəbər verir ki, üçüncü yarış günündə Azərbaycanın 4 yunan-Roma güləşçisi tatami üzərinə medal üçün çıxacaq.
Həmçinin 4 qadın idmançımız yarışa qoşulacaq.
Əli Cavadlı (45 kq) finalda amerikalı Raylen Vaksla, Abdurrahman Hüseynli (51 kq) özbəkistanlı Bunyod Hasanovla qarşılaşacaq.
Elmir Çərkəzov (60 kq) və Zöhrab Səfərov (92 kq) isə bürünc medal uğrunda güləşəcək.
Xatırladaq ki, komandamızın aktivində hələlik 3 medal var - İsfahan Həsənov (80 kq) gümüş, Ömər Salmanov (48 kq) və Orxan Həbibli (65 kq) bürünc medal qazanıb.
Avqustun 2-dək keçiriləcək mundialda Azərbaycan ümumilikdə 29 güləşçi ilə təmsil olunacaq.
Dünya çempionatı
43 kq
Valia Harsan (Rumıniya) - Vəfa Orucova
49 kq
Nəzrin Əhmədli - Madina Bayramova (Almaniya)
57 kq
Qaratel Quliyeva - Delya Qisler (İsveçrə)
65 kq
Rəna Nuriyeva - Silviya Espinoza Muniz (Meksika)


