"Bu matç hər şeyi həll etməyəcək" - "Şkendiya"nın baş məşqçisi

"Bu matç hər şeyi həll etməyəcək" - "Şkendiya"nın baş məşqçisi

"Turnirdə ən yüksək səviyyədə mübarizə aparmalıyıq. Hamımız “Qarabağ”a da, öz formamımıza da hörmət edirik".

"Mediasport" xəbər verir ki, bu sözləri Şimali Makedoniyanın “Şkendiya” komandasının baş məşqçisi Yeton Begiri deyib.

Mütəxəssis UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk matçı çərçivəsində sabah qəbul edəcəkləri  “Qarabağ”la oyundan əvvəl keçirilən mətbuat konfransında fikirlərini səsləndirib:

"Uğurlu çıxışımızı davam etdirmək istəyirik. Şansımızın olduğuna inanıram. Lakin oyun vaxtı maksimum dərəcədə konsentrasiyalı və aqressiv olmalıyıq. Bu matç hər şeyi həll etməyəcək, amma müsbət nəticə bizə cavab görüşü üçün çox kömək edəcək".

Sabah baş tutacaq qarşılaşma Bakı vaxtilə saat 22:00-da start götürəcək.