Daha bir bokçsumuz Avropa çempionatında yarımfinala çıxdı

 Daha bir bokçsumuz Avropa çempionatında yarımfinala çıxdı

Serbiyanın Loznitsa şəhərində keçirilən boks üzrə U-19 Avropa çempionatı davam edir.

"Mediasport" xəbər verir ki, Azərbaycanın daha bir boksçusu 1/4 final mərhələsini uğurla keçərək yarımfinalına vəsiqə qazanıb.

Əli Baxışov (60 kq) slovakiyalı Kristian Haraşiki 4:1 hesabı ilə məğlub edib. Ən azı bürünc medalı təmin edən idmançımız sabah final yolunda Furkan Avarla (Türkiyə) qarşılaşacaq.

Qeyd edək ki, daha öncə Banuçiçək Nəsirli (48 kq) də yarımfinala yüksəlib. Boksçu avqustun 20-də Ellen Coysla (İrlandiya) final uğrunda döyüşəcək.