Daha bir legioner "Zirə"ni tərk etdi
"Zirə" daha bir legioneri ilə yollarını ayırıb.
"Mediasport" xəbər verir ki, qəsəbə təmsilçisi qapıçı Tyaqo Silva ilə vidalaşıb.
Onunla başa çatan müqavilə yenilənməyib.
26 yaşlı portuqaliyalı 2023-cü ildən "qartallar"ın şərəfini qoruyurdu.
Xatırladaq ki, Rəşad Sadıqovun komandasını daha əvvəl icarə müddəti başa çatan Rüfət Abdullazadə, həmçinin Ceyhun Nuriyev, Stefan Aka, Eldar Quliyev və Leroy Mikels tərk edib.


