İran yığmas komandası dünya çempionatında iştirak etməyəcək
İranın futbol üzrə kişilərdən ibarət milli komandası yayda keçiriləcək dünya çempionatında iştirak etməyəcək.
"Mediasport" xəbər verir ki, məlumatı İranın gənclər və idman naziri Əhməd Dünyamalı açıqlayıb.
Nazir bu qərarı ABŞ və İsraillə davam edən müharibə ilə əlaqələndirib.
Bildirib ki, son aylarda ölkəyə qarşı həyata keçirilən hərbi əməliyyatlar nəticəsində İran ciddi itkilər verib və belə şəraitdə komandanın mundialda iştirakı mümkün deyil.
Qeyd edək ki, İran millisi iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək DÇ-nin G qrupunda Belçika, Misir və Yeni Zelandiya yığmaları ilə mübarizə aparmalıdır.
