Cüdoçularımız Gəncədəki Avropa Kubokuna 13 medalla başladılar

 Cüdoçularımız Gəncədəki Avropa Kubokuna 13 medalla başladılar

Gəncədə cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku start götürüb.

"Mediasport" xəbər verir ki, Gəncə İdman Sarayında təşkil olunan yarışın ilk günündə Azərbaycan təmsilçsiləri 13 medal qazanıblar.

Rza Xəlilov (55 kq) qızıl, İbrahim Talıbov, (55 kq), Fərid Rzazadə (50 kq), Fatimə Fərmanzadə (48 kq), İlkin Qarayev (66 kq) gümüş, Fərid Xudiyev (55 kq), Mehman Əsgərov (60 kq), Sənan Piriyev (66 kq), Sunay Salamova (40 kq), Fatimə Abdullayeva (44 kq), Könül Eyvazlı (48 kq), Zəhra Mövlamverdiyeva və Nərgiz Ağamirzəzadə (hər ikisi 52) isə bürünc mükafat əldə edib.

Avropa Kubokunda 10 ölkədən 269 idmançı mübarizə aparır. Turnir sabah yekunlaşacaq.