Dünya çempionatı: Bu axşam ilk yarımfinalçı klub müəyyənləşəcək

Dünya çempionatı: Bu axşam ilk yarımfinalçı klub müəyyənləşəcək

Bu gün ABŞ-nin ev sahibliyi etdiyi futbol üzrə klublararası dünya çempionatında ilk yarımfinalçı müəyyənləşəcək.

"Mediasport" xəbər verir ki, günün yeganə 1/4 final matçında Cənubi Amerika və Asiya klubları üz-üzə gələcəklər.

Tarixdə ilk dəfə 32 komandanın iştirakı ilə keçirilən mundialda 1/4 finala iyulun 6-da yekun vurulacaq.

DÇ iyulun 13-də başa çatdırılacaq.


Klublarası dünya çempionatı. 1/4 final


4 iyul

23:00 "Fluminense" (Braziliya) - "Əl Hilal" (Səudiyyə Ərəbistanı)

5 iyul

05:00 "Palmeyras" (Braziliya) - "Çelsi" (İngiltərə)

20:00 PSJ (Fransa) - "Bayern" (Almaniya)

6 iyul

00:00 "Real" M. (İspaniya) - "Borussiya" D. (Almaniya)