Əfsanəvi İnzaginin komandası 34 ildən sonra A Seriyasına yüksəldi

Əfsanəvi İnzaginin komandası 34 ildən sonra A Seriyasına yüksəldi

İtaliya B Seriyasından Elitaya yüksələn daha bir komanda müəyyənləşib.

"Mediasport" xəbər verir ki, çempion "Sassuolo"nun arından "Piza" da bu hüquqa yiyələnib.

Liqada 72 xalla sona iki tur qalmış ikinci pillədəki mövqeyini qarantiləyən əfsanəvi Filippo İnzaginin komandası 34 illik aradan sonra A Seriyasında çıxış edəcək.

Qeyd edək ki, "İnter"in baş məşqçisi Simonenin böyük qardaşı ötən ilin yayından "Piza"ya rəhbərlik edir.

Piza şəhərinin eyniadlı təmsilçisi sonuncu dəfə A Seriyasında 1990/1991-ci illər mövsümündə iştirak edib.