Əliyar Ağayev ÇL-də "Qarabağ"ın rəqibinin matçını idarə edəcək

Əliyar Ağayev ÇL-də "Qarabağ"ın rəqibinin matçını idarə edəcək

Əliyar Ağayev UEFA-dan növbəti dəfə təyinat alıb.

“Mediasport” xəbər verir ki, FİFA referisi sentyabrın 18-də UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda keçiriləcək “Kopenhagen” (Danimarka) - “Bayer” (Leverkuzen, Almaniya) matçının baş hakimi olacaq. 

Ona yan xətdə Zeynal Zeynalov və Akif Əmirəli kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək.

Qarşılaşma saat 20:45-də start götürəcək.

Xatırladaq ki, "Kopenhagen" 2-ci turda Bakıda "Qarabağ"la üz-üzə gələcək.