Əlləri ətəklərindən uzun, cibləri dolu qayıdanlar milyon qazandılar

Əlləri ətəklərindən uzun, cibləri dolu qayıdanlar milyon qazandılar

UEFA Avropa Konfrans Liqasında mübarizəni dayandıran "Neftçi" və "Zirə"nin qazancı məlum olub.

"Mediasport" xəbər verir ki, 2-ci təsnifat mərhələsini keçə bilməyən təmsilçilərimizin hərəsi büdcəsini 1 milyon manatdan çox zənginləşdirib.

Turnirə 2-ci raunddan qoşulan “Neftçi”nin qazancı 525 min avro olub - bir qələbə üçün 350 min və iştiraka görə 175 min avro (ümumilikdə təxminən 1 milyon 027 min 110 manat).

Yarışda 1 mərhələni uğurla keçən “Zirə” isə daha çox gəlir əldəe dib. Rəşad Sadıqovun komandası iştirak və qələbə sayına görə ümumilikdə 700 min avro (təxminən 1 milyon 369 min 480 manat) irəli düşüb.

Klubların qazancına bilet satışı, yayım hüquqları və sponsorluq müqavilələrindən əldə olunan gəlirlər daxil deyil.

Xatırladaq ki, "Zirə" Estoniyanın "Paide", "Neftçi" isə Belarusun "Dinamo" klubuna iki oyunun nəticəsində məğlub olub.