"Əminəm ki, bu turniri də yüksək şəkildə təşkil edəcəksiniz"
AFFA-nın XXXIV Hesabat Konfansında FİFA-nın regional meneceri Marion Qavat da iştirak edib.
"Mediasport" xəbər verir ki, ali futbol qurumunun rəsmisi Azərbaycanda keçirilmiş "FIFA Series-2026" turnirində təşkilatçılığın yüksək səviyyədə olduğunu deyib:
"Çox xoşdur ki, FIFA Series-2026" turniri Azərbyacanda keçirildi. Təşkilatçılıq yüksək səviyyədə idi. Azərbaycanın millisi turnirdə yüksək standartlar göstərib, uğurlu nəticə qazandı.
Sent Lüsiya və Syerre Leona üzərindəki qələbələr münasibətilə Azərbaycan millisini təbrik edirəm. Bu turnirin uğurlu təşkili üçün AFFA-ya təşəkkür edirəm. Özbəkistanla birlikdə keçiriləcək dünya çempionatına görə də təşəkkür edirəm.
Ölkənizə böyük etimadımız var. Bütün komandalar görəcək ki, AFFA hər şeyi yüksək səviyyədə təşkil edib. Əminəm ki, bu turniri də yüksək şəkildə təşkil edəcəksiniz.
"Qarabağ"ın böyük nailiyyəti oldu. Buna görə sizi təbrik edirəm. Sizin üçün tarixi nailiyyətdir".
