"Eurasian Dauria Cup" turnirində iki boksçumuz mübarizə aparacaq

Bu gün Rusiyanın Çita şəhərində gənc boksçular arasında beynəlxalq turnirə start veriləcək.
"Mediasport" xəbər verir ki, 6 gün davam edəcək "Eurasian Dauria Cup"da Azərbaycan 2 idmançı ilə təmsil olunacaq.
Məşqçi Ceyhun Əbiyevin rəhbərliyi altında Nihat Qasımov (51 kq) və Vüsal Xəlilov (63,5 kq) mübarizə aparacaqlar.
Yarışa ümumilikdə 150 boksçu qatılacaq.