Federasiyanın gənc üzvləri üçün maarifləndirmə seminarı keçirilib

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) Azərbaycan Atletika Federasiyasının gənc üzvləri üçün antidopinq mövzusunda maarifləndirmə seminarı təşkil edib.
"Mediasport" xəbər verir ki, 40-dan artıq iştirakçının qatıldığı seminarda onlara dopinqin insan sağlamlığına vurduğu zərərlər, qadağan edilmiş maddələrin siyahısı, təmiz idmanın əxlaqi və hüquqi əsasları, eləcə də narkomaniyanın cəmiyyət və idman aləmi üçün fəsadları barədə geniş məlumat verilib.
İnteraktiv şəkildə keçirilən seminarda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Bu təşəbbüs idmançılara yalnız qaydaları öyrətməklə kifayətlənmir, eyni zamanda onların mənəvi formalaşmasına, idman etikasına və şəxsi məsuliyyət hissinin inkişafına töhfə verir.
Erkən yaşlardan dopinqin təhlükələri barədə məlumatlandırılmış gənclər gələcəkdə daha şüurlu, vicdanlı və sağlam seçimlər etməyə meyilli olurlar.
Bu cür tədbirlər ölkəmizi təmiz və ədalətli idmanın dünyada əsas tərəfdarlarından birinə çevirir.