FİFA AFFA-nı mükafatlandırdı
"FIFA Series – 2026" beynəlxalq turnirinə yüksək səviyyəli ev sahibliyi etdiyinə görə FİFA AFFA-ya təşəkkürünü bildirib.
"Mediasport" xəbər verir ki, ali futbol qurumunun nümayəndəsi AFFA-nın baş katibi Cahangir Fərəcullayevə xatirə hədiyyəsi təqdim edib.
C.Fərəcullayev göstərilən diqqətə görə minnətdarlığını ifadə edib və gələcəkdə əməkdaşlığın uğurla davam etdiriləcəyinə inandığını bildirib.
Qeyd edək ki, Azərbaycan milli komandası "FİFA Series – 2026" turnirinin qalibi olub.
