Firdovsi Umudov EWF-nin Batumidə keçirilən konqresində

Firdovsi Umudov EWF-nin Batumidə keçirilən konqresində

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) vitse-prezidenti, Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının "Məsləhət Qrupu"nun üzvü Firdovsi Umudov Avropa Ağırlıqqaldırma Federasiyasının (EWF) Gürcüstanın Batumi şəhərində keçirilən konqresində iştirak edir.

"Mediasport" xəbər verir ki, EWF-nin prezidenti Astrit Hasani çıxış edərək konqresin proqramını diqqətə çatdırıb və illik hesabatı təqdim edib.

Audit hesabatlarının təsdiqindən sonra 2026 və 2027-ci illərdə baş tutacaq yarışlarla bağlı məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.

Daha sonra EWF-də boş qalan vəzifə yerlərinə növbədənkənar seçkilər keçirilib.

Firdovsi Umudov konqresdə iştirakı çərçivəsində EWF-nin prezidenti Astrit Hasani, qurumun baş katibi Milan Mixayloviç, eləcə də Gürcüstan Ağırlıqqaldırma Federasiyasının prezidenti Laşa Talaxadze ilə görüşüb.

Təmaslar zamanı yarışların təşkili, qaydalardakı yeniliklər və ikitərəfli əlaqələr ətrafında fikir mübadiləsi aparılıb.