Gülxanım Şirinova bürünc medal qazana bilər - Dünya çempionatı

 Gülxanım Şirinova bürünc medal qazana bilər - Dünya çempionatı

Azərbaycan millisinin güləşçisi Gülxanım Şirinova Bakıda təşkil olunan U-17 dünya çempionatında bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb.

"Mediasport" xəbər verir ki, 40 kq çəki dərəcəsində yarışan idmançı təsəlliverici görüşdə monqolustanlı Azzaya Battulqana şans verməuib - 10:0.

Təmsilçimiz axşam seansında türkiyəli Şirin Askara ilə qarşılaşacaq.

Xatırladaq ki, DÇ-yə qatılan digər 8 qadın güləşçimiz ümidləri doğrultmayıb.