İbrahim Əliyev İspaniyaya gedir
Azərbaycan parabadmintonçusu İbrahim Əliyev İspaniyanın Vitoriya-Qasteys şəhərində keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək.
"Mediasport" xəbər verir ki, yarış martın 16-dan 22-dək təşkil olunacaq.
Mötəbər turnirdə təmsilçimiz həm fərdi, həm də qoşa kateqoriyada qüvvəsini sınayacaq.
İbrahim Əliyev turnirə baş məşqçi Teymur Abbasovun rəhbərliyi altında qatılacaq.
Turnir 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Paralimpiya Oyunlarına lisenziya xalları qazandırır.
