İki qurum birləşdirildi, Vüqar Əhmədov daha 4 il rəhbər olacaq
"Azərbaycan Yelkən Federasiyası" İctimai Birliyi "Azərbaycan Su İdmanı Növləri Federasiyası" İctimai Birliyinə qoşulub.
Bu barədə "Mediasport"a Gənclər və İdman Nazirliyindən məlumat verilib.
Qərar Azərbaycan Yelkən Federasiyasının ümumi yığıncağında qəbul edilib və iki qurum bundan sonra Azərbaycan Su İdmanı Növləri Federasiyası adı altında fəaliyyət göstərəcək.
Daha sonra Vüqar Əhmədov növbəti 4 il müddətinə federasiyanın prezidenti seçilib.
Ümumi yığıncaq Gənclər və İdman Nazirliyinin inzibati binasında təşkil olunub.
Toplantıda səsvermənin nəticələrinə əsasən, Kamil Hüseynov, Fərid Əmirov və Namiq Orucov federasiyanın vitse-prezidentləri, Fərhad Əliyev isə icraçı vitse-prezident seçilib. Rəhman Xanlarov və Burcu Algon Giorgianni İdarə Heyətinin üzvləri seçiliblər.
Nəzarət-Təftiş Komissiyasına da seçkilər keçirilib. Arif Ləzimzadə sədr, Vüsal Qurbanov və Elvin Heydərov isə üzv seçiliblər.
