Daha bir güləşçimiz Avropa çempionatının yarımfinalında

Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə Avropa çempionatı davam edir.
"Mediasport" xəbər verir ki, bu gün Azərbaycanın qadın güləşçiləri də mübarizəyə qoşulublar.
İlk gündə yarışan iki təmsilçimizdən Alyona Kolesnik (59 kq) yarımfianala yüksəlib, Elnurə Məmmədova (55 kq) mübarizəni təsnifat mərhələsində dayandırıb.
Axşam seansında üç sərbəst güləşçimiz medal görüşlərini keçirəcəklər.
Finalçılarımız - Osman Nurməhəmmədov (92 kq) qızıl medal uğrunda Dauren Kuruqluevlə (Yunanıstan), Giorgi Meşvildişvili (125) Solomon Manaşvili (Gürcüstan) ilə qarşılaşacaq.
Ağanəzər Novruzov (74 kq) isə bürünc mükafat uğrunda Ramazan Ramazanovla (Bolqarıstan) üz-üzə gələcək.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq) və Kənan Heybətov (70 kq) 3-cü yeri tutublar.
Milli komandamız Slovakiyaya 10 sərbəst, 4 qadın və 10 yunan-Roma güləşçisi ilə yollanıb.
Qitə birinciliyinə aprelin 13-də yekun vurulacaq.