Kənan Həsənzadə "Asiya Qran Pri 2026"da qızıl medal qazandı

Kənan Həsənzadə "Asiya Qran Pri 2026"da qızıl medal qazandı

Özbəkistanın paytaxtı Daşkənddə nərd üzrə "Asiya Qran Pri 2026" beynəlxalq turniri keçirilib.

"Mediasport" xəbər verir ki, 55-dən çox ölkədən 700-ə yaxın idmançının qatıldığı yarışda Azərbaycan yığmasının üzvü Kənan Həsənzadə uğurla çıxış edib.

O, "Backgammon" (Blitz) kateqoriyasında 256 iştirakçı arasında hamını qabaqlayaraq qızıl medal qazanıb.