Azərbaycanı 2026-cı ildə gözləyən beynəlxalq yarışların SİYAHIsı

Azərbaycanı 2026-cı ildə gözləyən beynəlxalq yarışların SİYAHIsı

Azərbaycan idmançıları 2026-cı ildə də müxtəlif beynəlxalq turnirlərə qatılacaq.

"Mediasport" xəbər verir ki, bu yarışların bəziləri 2028-ci ildə ABŞ-nin Los-Anceles şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya verəcək.

"Prosport.Az" ölkə idmançılarını gözləyən mötəbər turnirlərin adlarını, keçirilmə yeri və tarixini əks etdirən siyahı hazırlayıb.


16-21 fevral. Kamandan oxatma üzrə qapalı məkanda Avropa çempionatı (Plovdiv, Bolqarıstan)

27 fevral - 5 mart. 10 metr məsafədən güllə atıcılığı üzrə Avropa çempionatı (İrəvan, Ermənistan)

20-22 mart. Atletika üzrə qapalı məkanda dünya çempionatı (Torun, Polşa)

6-12 aprel. Badminton üzrə Avropa çempionatı (Uelva, İspaniya)

8-12 aprel. Batut gimnastikası üzrə Avropa çempionatı (Portimau, Portuqaliya)

16-19 aprel. Cüdo üzrə Avropa çempionatı (Tbilisi, Gürcüstan)   

19-26 aprel. Ağırlıqqaldırma üzrə Avropa çempionatı (Batumi, Gürcüstan)

20-26 aprel. Güləş üzrə Avropa çempionatı (Tirana, Albaniya)

30 aprel - 18 may. 25, 50 və 300 metr məsafəyə güllə atıcılığı üzrə Avropa çempionatı (Osiyek, Xorvatiya)

12-14 may. Taekvondo üzrə Avropa çempionatı (Münxen, Almaniya)

18-24 may. Kamandan oxatma üzrə Avropa çempionatı (Antalya, Türkiyə)

27-31 may. Bədii gimnastika üzrə Avropa çempionatı (Varna, Bolqarıstan)

10-14 iyun. Kanoe və kayak üzrə Avropa çempionatı (Montmor-u-Velyu, Portuqaliya)

16-21 iyun. Qılıncoynatma üzrə Avropa çempionatı (Tallin, Estoniya)

21-30 iyul. Qılıncoynatma üzrə dünya çempionatı (Honkonq, Çin)

31 iyul - 2 avqust. Akademik avarçəkmə üzrə Avropa çempionatı (Vareze, İtaliya)

31 iyul - 16 avqust. Su idman növləri üzrə Avropa çempionatı (Paris, Fransa)

10-16 avqust. Atletika üzrə Avropa çempionatı (Birminqem, Böyük Britaniya)

12-16 avqust. Bədii gimnastika üzrə dünya çempionatı (Frankfurt, Almaniya)

13-16 avqust. Qadın idman gimnastikası üzrə Avropa çempionatı (Zaqreb, Xorvatiya)

19-23 avqust. Kişi idman gimnastikası üzrə Avropa çempionatı (Zaqreb, Xorvatiya)

17-23 avqust. Badminton üzrə dünya çempionatı (Yeni Dehli, Hindistan)

21 avqust - 6 sentyabr. Qadın voleybolu üzrə Avropa çempionatı (BAKI, AZƏRBAYCAN) – C qrupunun oyunları Milli Gimnastika Arenasında keçiriləcək (21 avqustda Portuqaliya, 23 avqustda İspaniya, 24 avqust Rumıniya, 26 avqust Belçika, 28 avqustda Niderlandla oynayacağıq)

24-30 avqust. Akademik avarçəkmə üzrə dünya çempionatı (Amsterdam, Niderland)

26-30 avqust. Kanoe (parakanoe) və kayak üzrə dünya çempionatı (Poznan, Polşa)

15-26 sentyabr. Boks üzrə Avropa çempionatı (Sofiya, Bolqarıstan)

27 sentyabr - 13 oktyabr. Stend atıcılığı üzrə Avropa çempionatı (Afina, Yunanıstan)

4-11 oktyabr. Cüdo üzrə dünya çempionatı (BAKI, AZƏRBAYCAN)

17-25 oktyabr. İdman gimnastikası üzrə dünya çempionatı (Rotterdam, Niderland)

24 oktyabr - 1 noyabr. Güləş üzrə dünya çempionatı (Manama, Bəhreyn)

27 oktyabr - 8 noyabr. Ağırlıqqaldırma üzrə dünya çempionatı (Ninbo, Çin)

1-15 noyabr. Atıcılıq üzrə dünya çempionatı (Doha, Qətər)

5-8 noyabr. Batut gimnastikası üzrə dünya çempionatı (Nankin, Çin)

1-6 dekabr. 25 metr məsafəyə üzgüçülük üzrə dünya çempionatı (Pekin, Çin)

Həmçinin, bu il Bakı dünya idman paytaxtı seçilib. Bu səbəbdən qadın voleybolu üzrə Avropa çempionatı və cüdo üzrə dünya çempionatından başqa, ölkəmizdə bir sıra beynəlxalq yarışlar da keçiriləcək. Bunlar aşağıdakılardır:

3-8 fevral. Badminton üzrə Azerbaijan International turniri (Bakı)

21-22 fevral. Batut gimnastikası üzrə Dünya Kuboku (Bakı)

5-8 mart. İdman gimnastikası üzrə Dünya Kuboku (Bakı)

3-5 aprel. Bədii gimnastika üzrə AGF Trophy International turniri (Bakı)

17-19 aprel. Bədii gimnastika üzrə Dünya Kuboku (Bakı)

30 aprel - 3 may. Bədii gimnastika üzrə Avropa Kuboku (Bakı)

4-5 aprel. Cüdo üzrə yeniyetmələrin Avropa Kuboku (Gəncə)

29 aprel - 1 may. Akademik avarçəkmə və kanoe üzrə Prezident Kuboku (Mingəçevir, Ağdərə (Suqovuşan kəndi) 

10-14 may. Şose velosipedi üzrə Bakı-Xankəndi Azərbaycan velosiped yarışı (Bakı, Sumqayıt, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Mingəçevir, Gəncə, Göygöl, Goranboy, Ağdərə (Suqovuşan, Talış kəndləri), Naftalan, Tərtər, Ağdam, Füzuli, Şuşa, Xankəndi

5-7 iyun. Akrobatika gimnastikası üzrə Dünya Kuboku/AGF Trophy International turniri (Bakı)

25-26 iyul. Cüdo üzrə Baku Judo Hopes turniri (Abşeron)

27 iyul - 2 avqust. Güləş üzrə U-17-lərin dünya çempionatı (Bakı)

17-18 oktyabr. Sumo üzrə dünya çempionatı (Bakı)

Həmçinin, Azərbaycan hər il olduğu kimi multiidman yarışlarında da qüvvəsini sınayacaq. Bunlardan ən mötəbəri Yeniyetmələrin Yay Olimpiadasıdır.

31 oktyabr - 13 noyabr. IV Yeniyetmələrin Yay Olimpiya Oyunları (Dakar, Seneqal)