Azərbaycan millisindən Avropa çempionatında 7 qızıl medal

 Azərbaycan millisindən Avropa çempionatında 7 qızıl medal

Fransanın Lion şəhərində uşu üzrə 20-ci Avropa çempionatı keçirilib.

"Mediasport" xəbər verir ki, Azərbaycan idmançıları qitə birinciliyində uğurla çıxış ediblər.

Yeniyetmələr arasında Tunar Rüstəmzadə (48 kq, sanda), gənclər arasında Xəyal İbrahimov (52 kq, sanda), Səid Süleymanov (56 kq, sanda), Zaur Quluzadə (70 kq, sanda), Əli Cabbarlı (56 kq, light sanda), Nihat Əsgərov (60 kq, light sanda), böyüklər arasında Elçin Eminov (70 kq, light sanda) qızıl medala layiq görülüblər.

Yeniyetmələr arasında Ömər Hüseyn (56 kq, sanda), gənclər arasında Məhəmməd Məmmədli (48 kq, sanda), Elçin Muradov (56 kq, light sanda), Harun Samsur (75 kq, sanda) və böyüklər arasında Babək Hüseynov (+100 kq, "tui shou") gümüş mükafat qazanıblar.

Gənclər arasında isə Nadir Mikayılov (65 kq, sanda), Bəylər Gözəlov (75 kq, light sanda) və Xədicə Soltanlı (48 kq, qadınlar) yarışı bürünc medalla başa vurublar.